
Quraşdırma
Climate Line 5000i– 6721831693 (2022/05)
14
3.4.2 Kondensat drenajını daxili bloka birləşdirin
Daxili blokun kondensat qabı iki birləşmə ilə təchiz edilmişdir. Cihaza
istehsal zamanı kondensat borusu və bir qısqac quraşdırılmışdır; bunlar
dəyişdirilə bilər (Şəkil 10).
▶ Kondensat borusunu meyilli şəklidə quraşdırın.
3.4.3 Hermetikliyi yoxlanması və cihazı doldurulması
Hermetikliyin yoxlanması
hermetikliyi test edərkən milli və yerli qaydalara riayət edin.
▶ Üç klapanın qapaqlarını (Şəkil 18, [1], [2] və [3])çıxarın.
▶ Schrader açıcını [6] və manometri [4] Schrader klapanına [1]
bağlayın.
▶ Schrader açıcını vintlə bərkidin və Schrader klapanını [1] açın.
▶ Klapanları [2] və [3] bağlayın və təzyiq 10 % maksimum işləmə
təzyiqindən yüksək olana qədər cihazı azotla doldurun (Səhifə 9).
▶ 10 dəqiqədən sonra təzyiqin dəyişmədiyini yoxlayın.
▶ Maksimum iş təzyiqinə çatana qədər azot açıb buraxın.
▶ Ən azı 1 saat sonra təzyiqin dəyişmədiyini yoxlayın.
▶ Azotu buraxın.
Cihazı doldurulması
QEYD
Yanlış soyuducu məhlul səbəbindən funksional xəta
Xarici blok fabrikdə soyuducu məhlul R410A ilə doldurulur.
▶ Əgər soyuducu məhlul əlavə edilməlidirsə, yalnız eyni soyuducu
məhlul əlavə edin. Soyuducu məhlul növlərini qarışdırmayın.
▶ Qurğunu vakum nasosu ilə (Şəkil 18, [5]) boşaldın və təxminən
−1 bar (və ya təxminən 500 mikron) çatana qədər qurudun.
▶ Üst klapanı [3] (maye tərəfi) açın.
▶ Manometr ilə [4] axının sərbəst olub olmadığını yoxlayın.
▶ Alt klapanı [2] (qaz tərəfi) açın.
Soyuducu məhlul qurğuda paylanır.
▶ Sonunda, təzyiq şərtlərini yoxlayın.
▶ Schrader açıcını [6] buraraq açın və Schrader klapanını[1] bağlayın.
▶ Vakum nasosu, manometri və Schrader açıcısını çıxarın.
▶ Klapanların qapalarını yenidən quraşdırın.
▶ Xarici blokun boru birləşmələri üçün örtüyü yenidən quraşdırın.
3.5 Elektrik birləşmə
3.5.1 Ümumi məlumat
XƏBƏRDARLIQ
Elektrik cərəyanından həyat üçün təhlükə!
Canlı elektrik hissələrinə toxunmaq elektrik şoku ilə nəticələnə bilər.
▶ Elektrik hissələri ilə işləmədən əvvəl: Enerji təchizatının bütün
qütblərdən ayırın (qoruyucu/LS keçirici) və istənilməz yenidən işə
düşmədən qorunun.
▶ Elektrik qurğusunda işlər yalnız lisenziyalı elektrikçi tərəfindən
həyata keçirilə bilər.
▶ Milli və beynəlxalq qaydalara uyğun olaraq təhlükəsizlik tədbirlərinə
riayət edin.
▶ Şəbəkə gərginliyində yaranmış təhlükəsizliklə bağlı risk və ya
quraşdırma zamanı qısa qapanma halında, istifadəçini yazılı
məlumatlandırın və problem həll olunana qədər cihazları
quraşdırmayın.
▶ Bütün elektrik birləşmələrini elektrik birləşməsi diaqramına uyğun
olaraq qurun.
▶ Kabel izolyasiyasını yalnız xüsusi bir alət vasitəsi ilə kəsin.
▶ Cihazın şəbəkə birləşməsinə başqa istifadəçi qoşmayın.
▶ Faza və neytral naqilləri qarışdırmayın. Bu, funksional xətalara səbəb
ola bilər.
▶ Daimi şəbəkə birləşməniz varsa, cihazın maksimum enerji
istehlakının 1,5 qatına hesablanmış bir dalğalanma qoruyucusu və
elektrik keçiricisi quraşdırın.
3.5.2 CLL5000i-Set 26/35/53: Kabeli birləşdirin
Daxili blokda bir elektrik kabeli var. Daxili və xarici blok 4 naqilli rabitə
kabeli vasitəsilə bir-birinə birləşdirilir. Kifayət qədər ötürücü kəsiyi olan
H07RN-F tipli kabellərdən istifadə edin və şəbəkə birləşməsini bir
şəbəkə qoruyucusu ilə təmin edin (Cədvəl 7).
Cədvəl 7
Daxili blokun birləşməsi
▶ Üst qapağı yuxarı qatlayın (Şəkil 19).
▶ Vinti çıxarın və keçirmə panelindəki qapağı çıxarın.
▶ Vinti və birləşmə qısqacı qapağını [1] çıxarın (Şəkil 20).
▶ Daxili bölmənin arxasındakı kabel keçidini [3] azad edin və kabeli
keçirdin.
▶ Rabitə kabelini gərginlik azaldıcıya [2] bərkidin və 1 (L), 2 (N), S
birləşmə qısqaclarına və -yə birləşdirin.
▶ Naqillərin birləşmə qısqaclarına təyin edilməsinə diqqət yetirin.
▶ Örtükləri yenidən bərkidin.
▶ Kabeli xarici bloka birləşdirin.
Xarici blokun birləşməsi
QEYD
Xarici blokun yanlış bağlanması səbəbindən maddi ziyan
Xarici blok gərginliyi daxili blok vasitəsi ilə alır.
▶ Xarici bloku yalnız daxili bloka birləşdirin.
▶ Vinti və elektrik birləşməsinin qapağını çıxarın (Şəkil 21).
▶ Kommunikasiya kabelini gərginliyin azaldıcıya sabitləyin və 1 (L),
2 (N), S və qısqaclarına birləşdirin (daxili blok üçün olduğu kimi
birləşmə qısqaclarının təyin olunması) (Şəkil 22).
▶ Örtüyü yenidən bərkidin.
3.5.3 CLL5000i-Set 65: Kabeli birləşdirin
Xarici blok bir enerji kabeli (3 naqilli) vasitəsi ilə birləşir. Daxili və xarici
blok 4 naqilli rabitə kabeli vasitəsilə bir-birinə birləşdirilir. Kifayət qədər
ötürücü kəsiyi olan H07RN-F tipli kabellərdən istifadə edin və şəbəkə
birləşməsini bir şəbəkə qoruyucusu ilə təmin edin (Cədvəl 8).
Cədvəl 8
Daxili blok Şəbəkə
qorunması
Naqil en kəsiyi
Elektrik
kabeli
Kommunikasiya
kabeli
CLL5000i W 26 16 A ≥ 1,5 mm2≥1,5mm
2
CLL5000i W 35 16 A ≥ 1,5 mm2≥1,5mm
2
CLL5000i W 53 20 A ≥ 1,5 mm2≥1,5mm
2
Xarici blok Şəbəkə
qorunması
Naqil en kəsiyi
Elektrik
kabeli
Kommunikasiya
kabeli
CLL5000i 65 25 A ≥ 2,5 mm2≥1,5mm
2