
7
Azərbaycanca
Təhlükəsizlikləbağlıvacibməlumat
Məhsulu yalnız təyinatı üzrə istifadə edin. Məhsulu və
onun batareya, aksesuarlarını istifadə etməzdən əvvəl
bu vacib məlumatları diqqətlə oxuyun və gələcəkdə
istinad etmək üçün saxlayın. Yanlış istifadə təhlükələrə
və ya ciddi xəsarətlərə səbəb ola bilər.
Xəbərdarlıqlar
-Şarj kabelini sudan uzaqda saxlayın.
-Təmizlədikdən sonra şarj kabelini USB enerji
təchizatı qurğusuna qoşmamışdan əvvəl onun
tamamilə quru olduğuna əmin olun.
-Bu cihaz uşaqlar və ziki, hissiyyat və ya əqli
qabiliyyətləri zəif olan, yaxud cihazın istifadəsi ilə
bağlı təcrübə və biliyi olmayan insanlar tərəndən
o zaman istifadə oluna bilər ki, onlara cihazın
təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya
təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət
altında olacaqlar, yaxud əlaqədar təhlükələr
barədə məlumatlandırılıblar. Nəzarət olmadan
uşaqlara təmizlik və ya istifadəçi baxımını həyata
keçirmək icazəsi verilməməlidir.
-Uşaqlar cihazla oynamamalıdırlar.
-Yalnız orijinal Philips aksesuarları və ya istehlak
materiallarından istifadə edin. Yalnız məhsulun
üzərində verilən 5V sabit cərəyana malik şarj
kabelini istifadə edin. Təchiz edilibsə, yalnız orijinal
USB enerji təchizatı qurğusundan istifadə edin.
-Cihaz şəxsi gigiyena cihazıdır və stomatoloji
praktikada və ya müəssisədə çoxsaylı xəstələrdə
istifadə üçün nəzərdə tutulmayıb.
-Bu cihazda istifadəçinin təmir edə biləcəyi hissələr
yoxdur. Cihaz zədələnibsə, ondan istifadəni
dayandırın və ölkənizdəki Müştəriyə Xidmət
Mərkəzi ilə əlaqə saxlayın.
-İsti səthlərin yaxınlığında istifadə etməyin.
-Məhsulun hər hansı hissəsini qabyuyan maşında
təmizləməyin.
-Bu cihaz yalnız dişləri, damağı və dili təmizləmək
üçün hazırlanıb.
-Fırça başlığının xovları zədələnib və ya əyilibsə,
ondan istifadəni dayandırın. Köhnəlmə əlamətləri
üzə çıxsa, fırça başlığını hər 3 aydan bir və ya daha
tez-tez dəyişdirin.
-Tərkibində er yağları və ya kokos yağı olan
məhsullarla birbaşa təmasdan çəkinin. Bu cür
təmas tüklərin yerindən çıxmasına səbəb ola bilər.
-İstifadədən sonra həddən artıq qanama olsa,
qanama 1 həftəlik istifadədən sonra yenə də
davam etsə və ya narahatlıq, yaxud ağrı hiss
etsəniz, cihazdan istifadəni dayandırın və
stomatoloqunuz/həkiminiz ilə məsləhətləşin.
-Ötən 2 ay ərzində ağız və diş əti əməliyyatı
keçirmisinizsə, bu cihazı istifadə etməzdən əvvəl
stomatoloqunuz ilə məsləhətləşin.
-Əgər sizdə kardiostimulyator və ya başqa
implantasiya edilmiş cihaz varsa, istifadə etməzdən
əvvəl həkiminizlə və ya implantasiya edilmiş
cihazın istehsalçısı ilə əlaqə saxlayın.
-Sağlamlıq problemləriniz varsa, bu cihazı istifadə
etməzdən əvvəl həkiminiz ilə məsləhətləşin.
Batareya təhlükəsizliyinə dair təlimatlar
-Bu cihazda yalnız təcrübəli şəxslər tərəndən
çıxarıla bilən batareyalar var.
-Məhsulu yalnız təyinatı üzrə istifadə edin.
Məhsulu və onun batareya, aksesuarlarını istifadə
etməzdən əvvəl bu məlumatları diqqətlə oxuyun
və gələcəkdə istinad etmək üçün saxlayın. Yanlış
istifadə təhlükələrə və ya ciddi xəsarətlərə səbəb
ola bilər. Verilən aksesuarlar müxtəlif məhsullar
üçün fərqli ola bilər.
-Məhsulu və batareyaları oddan uzaq saxlayın və
onları birbaşa günəş işığı və ya yüksək temperatura
məruz qoymayın.
-Məhsul anormal şəkildə qızar və ya qoxu gələrsə,
rəngini dəyişər və ya şarj normaldan daha uzun
müddət davam edərsə, məhsulu istifadə etməyi,
həmçinin şarj etməyi dayandırın və Philips ilə əlaqə
saxlayın.
-Məhsulları və onların batareyalarını mikrodalğalı
soba və ya induksiyalı ocaqlara qoymayın.
-Batareyaların qızmaması və ya zəhərli, təhlükəli
maddələr buraxmaması üçün məhsulu və ya
HY1200-DAYTONA_300010564091_LFLT_BKLT_70x148mm_BW.indd 7HY1200-DAYTONA_300010564091_LFLT_BKLT_70x148mm_BW.indd 7 19-04-2023 14:4919-04-2023 14:49